• Burada Sizin reklamınız ola bilər :)

    Nobel istəyənlər üçün tapşırıqlar


    İnək quduzluğunun çarəsi? Süni həyat yaratmaq? 100% dəqiq hava məlumatı demək? Laboratoriyada günəşi yandırmaq? İşıq sürəti ilə hərəkət etmək? Və daha nələr. Müasir alimlər Nobel mükafatının sahibi olmanız üçün həll etməli olduğunuz 7 elmi problemi açıqlayıblar.



    1. Prion xəstəlikləri

    Bu xəstəlik AİDS, qrip və s. kimi xəstəliklər qədər ölümlə nəticələnmir. Lakin xəstəlik dünya mətbuatında daha çox səs-küylə xatırlanır. Bundan başqa, belə bir fikir var ki, qocalıq da prion xəstəliyin bir növüdür. Qocalığın müalicəsini isə kim tapmaq istəməz ki...
    Yaxşı bəs prion xəstəlik nədir?
    90-cı illərin əvvəllərində Britaniyada meydana gəlmiş “inək quduzluğu” 2001-ci ildə Avropada böyük səs-küy yaratdı, mətbuatda bu xəstəliklə bağlı fikirlər səngimirdi. Ən böyük problem isə odur ki, heç kim xəstəliyin yayılma mexanizmini bilmirdi. Çoxları insanların bi xəstəliyə xəstə heyvan ətindən yoluxduğunu güman edirdi, dərman isə hələ yoxdur. Lakin yüzlərlə insan bu xəstəlikdən ölürdülər. Xəstəliyin insanlarda və heyvanlarda müxtəlif formaları var. Ümumilikdə onu süngər formalı ençefalopatiya adlandırırlar. Əgər qədim yunan sözləri olan “ençefalos” (beyin) və “patos” (xəstəlik) sözlərinin mənasına varsaq xəstəliyin hansı formada olduğu da aydın olar. Beyin yavaş-yavaş süngərə çevrilir, yaddaş itir və sonda ölüm gəlir.
    Qaçılmaz ailəvi yuxusuzluq- daha bir prion xəstəlikdir. Bu əsasən 50 yaşda başlayır. Əvvəlcə qorxu və yuxusuzluq, sonra qarabasmalar, çəkinin azalması, nitqin itməsi başlayır. Sonda xəstə ümumiyyətlə ətrafda baş verənlərə reaksiya vermir. Beləcə 1.5 il ərzində insan ölür. Xəstəlik əsasən genetikdir, müalicəsi yoxdur, yuxu dərmanları kömək etmir. Dünyada 40 ailə bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin daşıyıcılar- prionlar yoluxucu hissəciklərin bir növüdürlər. Viruslardan və bakteriyalardan fərqli olaraq onlar yalnız yumurtalıqdan ibarətdirlər və olduqca sadədirlər. Prion xəstəliklərin müalicəsini tapmaq nəinki elmi irəli atardı həm də bir çox bədbəxt xəstələrə kömək olardı və bəlkə də həm də qocalığı da müalicə edərdi. Axı yuxarıda deyildiyi kimi belə bir nəzəriyyə də var ki, insanın təbii qocalmasının səbəbi prionlardır.
    Prion xəstəliklərin tədqiqinə görə artıq iki Nobel mükafatı verilib. 1976-cı ildə Karlton Hayduçek və 1997-ci ildə Stenli Pruziner.


    2. Panspermia


    Panspermia- planetimizə həyatın kosmosdan gəldiyini iddia edən fərziyyəyə deyilir. Həyatın haradan əmələ gəlməsi barədə bir çox elmi nəzəriyyələr iddia edirlər ki, planetdə həyatın öz-özünə yaranması faktı həqiqətə uyğun deyil. Bundan başqa bir neçə il qabaq Qrenlandiyada 3.8 milyard yaşı olan bakteriya tapılmışdı. Yer planeti isə 4.5 milyard ildir ki mövcuddur. Panspermia bu problemləri həll edir. Fərziyyəyə görə sadəcə tərkibində yadplanetli bakteriyalar olan meteorit və ya kometa Yerə düşüb. Düzdür, panspermia nəzəriyyəsi bakteriyaların gəldiyi yerdə həyatın necə yaranması barədə heç bir izahat vermir. Bəlkə də kainatın digər planetlərində həyatın yaranması şansı daha çoxdur. Amma bu artıq başqa söhbətin mövzusudur. İstənilən halda panspermia gözəl və ümid verici, amma elmi cəmiyyətdə elə də geniş yayılmamış faktdır.
    Nə olur olsun nəzəri cəhətdən panspermia mümkündür. Alimlər meteoritlərdə və kometalarda sadə orqanik birləşmələr tapıblar. 1969-cu ildə “Apollon-12” gəmisinin astronavtları “Serveyer-3” adlı avtomotik aparatda canlı bakteriya tapıblar. Deməli mikroorqanizmlər prinsipcə vakumda kosmik uçuşa dözə bilirlər. Və gizlənib digər planetlərə gedə bilirlər.
    Alimlər gələcəkdə panspermia fərziyyəsini yoxlamaq üçün bir neçə maraqlı təcrübələr planlaşdırırlar.


    3. Süni hüceyrələrin yaradılması

    Süni hüceyrələrin yaradılması müasir dövrdə yaranan bir çox qlobal problemləri həll edə bilər. İnsan tərəfindən yaradılan bakteriyalar proqramlaşdırılmasından asılı olaraq karbonat qazını uda, orqanik istilik o cümlədən tibbi dərmanlar, qida məhsulları yarada bilər. Bundan başqa süni həyatın yaradılması- hətta bu ən sadə hüceyrələr olsa da- insanı təbiət və Allahla yanaşı qoyur.
    2010-cu ildə Amerikan tədqiqatçılar qrupu bu arzunu həyata keçirmək üçün ilk addımı atdılar. Alimlər komputerin köməyi ilə süni genləri sintez etdilər ( hüceyrələr üçün proqram təminatı) və onu hüceyrələrə yeritdilər. Hüceyrə özü əslində təbii idi. Bu keçilərdə pnevmaniya yaradan Mycoplasma capricolum idi. Onun genləri süni genlərlə dəyişdirildi. Hələ ki bu sahədə işlər gedir. Alimlərin məqsədi ondan ibarətdir ki, hüceyrələr sıfırdan, tez və ucuz yaradıla bilsinlər. Alimlərin qarşısında elmi və texniki problemlərlə yanaşı etik problemlər də dayanır. Skeptiklər hesab edirlər ki, əgər süni hüceyrələr ətraf aləmə buraxılsalar onların ziyanı xeyirdən daha çox olacaq. O cümlədən, onların hansı cür davranacaqlarını da öncədən bilmək olmur. Bir çox ekoloji təşkilatlar da bu layihəyə ehtiyatla yanaşırlar. Dini cəmiyyətlər isə məlum səbəblərdən ümumiyyətlə bu cür təcrübələrə qarşı çıxırlar.


    4. Kainatdakı superboşluq

    Əgər biz dünyamıza kənardan baxsaydıq o aralarında boşluq olan (voyda)işıldayan iplər yığını (filamentlər) kimi görünərdi. Filamentlərdə qalaktikalar, qalaktikalarda ulduzlar yerləşir, ulduzlardan biri isə ətrafında Yerin fırlandığı Günəşdir. XXI əsrin əvvəllərində WMAP kosmik aparatı xəritədə qədim dövrlərdən bəri bütün Kainatdan yayılan şüaları təyin etdi. Xatırladaq ki, müasir təsəvvürlərə görə Kainat 14 milyard il əvvəl baş verən böyük partlayış nəticəsində yaranıb. Qədim şüalar isə Kainat həyatının ilkin dövrlərində mövcud olan isti materiyadan yayılan şüalardır. Elm hələ də cavab verə bilmir ki, böyük partlayış necə baş verib və ona qədər nə olub.
    Beləcə WMAP bu şüalar arasında boşluqlar tapıb ki, buna super boşluqlar deyirlər. Məsələn, Eridan bürcündə olan boşluğun diametri 500 milyon işıq ilidir. Bu böyüklükdə boşluğu təsəvvür etmək mümkün deyil.
    Eridan voydu (superboşluğu) Kainatdakı ən böyük strukturlardan biridir və təbii olaraq da maraqlıdır ki, o nədir və necə yaranıb. Bəziləri iddia edirlər ki, superboşluq deyilən şey yoxdur, onlar xəritədə ölçmə metodunun mükəmməl olmaması nəticəsində görünürlər. Belə bir nəzəriyyə də var ki, ümumiyyətlə superboşluq heç nə deməkdir. Yəni onun materiyası yoxdur. Ən cəlbedici və mübahisəli ideyanı isə amerikan astrofiziki Laura Mersini deyib. Onun fikrincə, Eridan voydu paralel Kainatın özünəməxsus izləridir. Böyük partlayışdan sonra bu paralel kainat bizim kainatdan kənarlaşıb. Lakin hər iki dünya kəsişməsələr də kvant dolaşıqlığı hadisəsi sayəsində bir-biri ilə əlaqəlidirlər.
    Bəs bu hadisə nə deməkdir? Əlinizi qaldırın. Deməli hal-hazırda sizinlə paralel dünyada oturan bir əkiziniz də əlini yuxarı qaldırdı.


    5. Navye-Stoks bərabərliyinin ümumi həlli

    Navye-Stoks bərabərliyi mayenin hərəkətini təsvir edir. Nəzəri cəhətdən onu həll etməklə istənilən maye və qazın hərəkətini müəyyən etmək olar. O cümlədən digər bu kimi hadisələri də. Məsələn, Yerin mantiya qatında maqmanın hərəkətini, atmosferdə hava kütləsinin hərəkətini ( daha dəqiq hava məlumatı verməyə imkan verir) və hətta insan və avtomobillərin hərəkətini belə ( bu isə nəqliyyat problemlərini həll edir).
    Problem isə ondadır ki, bu gün Navye-Stoks bərabərliyinin nəinki ümumi həlli tapılmayıb, hətta sübut edilməyib ki, ümumiyyətlə həll var ya yox. Siz bu bərabərliyə çoxsaylı həll tapa bilərsiniz. Nə qədər ki, həll yoxdur, alimlər bu bərabərliyi superkomputerlərdə tapmağa çalışırlar.
    Yeri gəlmişkən, bu məsələni həll edənə Kley Riyaziyyat İnsitutu 1 milyon dollarlıq priz vəd edir.


    6. Termonüvə sintezinin idarəsi

    Ənənəvi nüvə bombası ( və ya nüvə reaktoru) belə çalışır- ağır qeyri- sabit atom ( məsələn, uran atomu) bir neçə sabit atomun üzərinə düşür və enerji yayılır. Proses öz-özünə gedir, sadəcə bir yerdə bir az uran toplamaq lazımdır. Amma termonüvə reaksiyalarını başlamaq üçün daha çox təzyiq və tempratur təmin etmək lazımdır- belə şəraitdə iki atom bir heliumda birləşir. Təbii termonücə sintezi ulduzlarda gedir. Məsələn, Günəşdə. Bəşəriyyət isə termonüvəni yalnız bir anlıq yandıra bilir, termonüvə bombalar vasitəsi ilə. Termonüvə bombaların yarandığı andan insanlıq nüvə sintezi reaksiyasına nəzarət etməyi öyrənməyə çalışır. 50-60-cı illərdə sovet fizikləri laboratoriyada süni günəş yaratmağa çalışırdılar. Bu təbliğat tryuku deyildi, həmin dövrdə məsələ olduqca sadə görünürdü. Termonüvə reaktoru sadəcə güclü hidrogen təzyiqi altında qızdırılır və kiçik ölçüdə maqnit ərazidə saxlanılır. Lakin 60 il ərzində hələ də bəşəriyyət uzun müddət tempraturu saxlamaq vərdişini öyrənməyib. Hal-hazırda termonüvə reaktoru üzərində təcrübələr gedir. 2020-ci ildə reaktor tikilməlidir, 2040-cı ildə isə deyilənə görə elektrik enerjisi istehsal ediləcək.


    7. “Köstəbək yuvası” nəzəriyyəsi

    Bu nəzəriyyənin köməyi ilə nəzəri cəhətdən zamanda səyahət etmək mümkündür. Özü də elə-belə yox, işıq sürəti ilə. Bu o deməkdir ki, əgər biz Yerdən Marsa qədər köstəbək yuvası yolu qursaq onda Qırmızı planetə getmək demək olar ki, bir saniyəmizi alacaq.
    Əlbəttə ki, burada “köstəbək” sözü şərti olaraq istifadə edilir. Bu “yuva” sadəcə olaraq fəzada ərazidir ( yoxa çıxıb, peyda ola bilən ərazi) və əgər biz ona düşsək çox sürətlə digər zamana və digər yerə gedə bilərik. Əsas odur ki, bu sadəcə nəzəriyyədir, heç bir faktiki təsdiqini tapmayıb. Hələ ki, bu ərazinin olması barədə bir fakt belə yoxdur.

    Mənbə: publika.az/Gülər 

     
    free counters
    Alisoy - Find me on Bloggers.com