• Burada Sizin reklamınız ola bilər :)

    Dünyanın ən qorxulu yerləri... - I hissə


    Qeyd: Yeni layihəyə start verdim. "Ən - lər dünyası" adlı layihə dünyada və həyatımızda baş verən, var olan hər bir şeyin "ən" - nindən məlumat verəcək. Bu həm maksimalist nöqteyi nəzərdən, həm də minimalist nöqteyi nəzərdən olacaq. Hər bir sahə haqqında yazmağa çalışacam. Əgər maraqlı mövzu başlıqlarınız olarsa trueonwire@gmail.com elektron ünvanına  ya da facebook profilimə yaza bilərsiniz.

    İldə bir dəfə Halloween qeyd etməyimizə baxmayaraq, dünyanın ən pis yerləri uzun müddət dəyişməz qalıb. Adrenalin və dəhşətli qorxu hekayələrinin həvəskarı olanlar həmişə bu yerləri ziyarət edir. İndi sizə dünyanın ən pis yerlərini təqdim edəcəm. Hər nədisə qorxmayın, hərflər və şəkillər dişləmir...


    Tibet Drapci həbsxanası

    Tibetdə yerləşən ən böyük həbsxana, dünyanın ən pis yerlərindən biri sayılır. Lhasada yerləşən bu  həbsxana 1959-cu ildə inşa edilib. Burada Tibet rahibləri saxlanılır. İnsan hüquqları ilə məşğul olan təşkilatlar həbsxanada dustaqlarla vəhşicəsinə davranış və arzuolunmaz şəraitlə bağlı  rəhbərliyə xəbərdarlıq ediblər. Bu gün həbsxanada təqribən 1000 nəfər dustaq var, onlardan 600-zü 18-85 yaş fərqi olan siyasi məhbus kimi saxlanılan tibet rahib və onların şagirdləridirlər. Burda vəziyyət o qədər açınacaqlıdır ki,
    nəzarətçiyə düzgün baxmadınsa ənginin ortasından güllə yeyə bilərsən. 






    H. H. Holmesin  "Ölüm Qalası"

    "Ölüm Qalası" - Çikaqoda yerləşən bu bina
    Amerikada serial cinayətkarın fəaliyyətinə görə ad almışdır.  1886-cı ildə əczaçı Holmes işlədiyi əczaxananın sahibinin qəfil ölümündən sonra əczaxanı sonra bütün binanı alır. Və orada pənçərəsiz otaqlar düzəldərək otel kimi fəaliyyət göstərir. 10 il ərzində mütəmadi olaraq ora gələn qonaqları öldürürmüş, qurabanların əksəriyyəti isə gənc qadınlarmış. Həbsindən sonra etiraf etdiyinə görə cəmi 27 nəfər öldürüb. Bu isə məhkəmə üçün inandırıcı olmayıb. Çünki tapılan sümüklər, qonaqların əşyaları və digər faktlar onun 100 yaxın insan qətlə yetirdiyini sübut edir.



    CONSTOWN

    Başqa adı "Xalqlar məbədi" adlandırılan bu yer dini sekta üçün nəzərdə tutulmuşdu. 1955-ci ildə buranı Indianapolisli, James Jones Warren
    təsis edilib. Dünyanın pis yerlənindən bir olmağına səbəb isə, 1978-ci ilin  noyabr ayı 918 nəfər dini sekta üzvləri kütləvi şəkildə intihar ediblər. Bəzi şayiələr gəzir ki, bu kütləvi intihar deyil. Bu hansısa bashqa bir qurumun əli ilə edilib. Səbəb isə o ola bilər ki, məbəd üzvləri və şəxsən Jones özü, dəfələrlə SSSR-ə simpatiyası olduğunu vurğulamışdır.


    Hovrinskaya Xəstəxanası

    Moskvanın şimal rayonunda yerləşən bu 
    xəstəxananın inşasına 1980-ci ildə başlanmış və 1985-ci ildə başa çatdırılmışdır. Bundan sonra bina hələ də tamamlanmışdır. Qəribəsi ondadır ki, yerli əhali (ekstirm sevenlər istisna olmaqla) onun yanından bacardıqca aralı keçməyə çalışırlar. Birincisi, ona görə ki, bədbin əfsanə və şayiələr ilə bağlı olan quruluşu var. İkinci isə hər sahəsində müxtəlif sektaların logolarını əks etdirən divar şəkilləri çəkilib. Burada evsizlərdən (bomj) tutmuş gənc və qocaman yaşda olan, hansısa sekta üzvü olan insanları görmək olur. Bu boş 11-mərtəbəli bina təkcə Moskvada deyil, mistisizm gecə qorxuları ilə qeyri-rəsmi reytinq yığaraq "dünyanın ən pis yerləri" siyasına daxil olub. Şəhər Xəstəxanası üçün nəzərdə tutulmuş bu yerdə 1300 palata qurulub. Mega layihə olan tikili, 5 il sonra dayanıb özündə qəribə paradox yaratıb. Paradox: 25 il bu xəstəxana insan həyatını xilas etmək əvəzinə onu öldürür. Həkimlərin əvəzində isə burada dəlilik ektrim axtaran evsizlər, satanistlər və digər sekta üzvləri olur. Daimi olaraq burada damdan özünü atıb intihar edənlərə xəbər başlıqlarında rast gəlmək olar.




    Canqi çimərliyi (Chang Beach ), Sinqapur

    XX-ci əsrin ortalarında bu mənzərəli sahillərqanlı ayinləri yerinə yetirmək üçün platformaya çevrildi.
    II Dünya müharibəsi zamanı yaponiya əsgərləri burada "Sook Chingəməliyyatına başladılar, hansı ki bu əməliyyatın missiyası Britaniya koloniyasında soyqırım etmək və yararsız sakinləri təmizləmək idi. Tezliklə bu əməliyyat Malaziya yarımadasına yayıldı.


     Pripyat

    Ukrayna şəhəri, 1986-cı ildə baş vermiş Çernobil qəzasından sonra tərk edilmiş ölü şəhər. İndiyə qədər burada bir çox radioaktiv toz hələ də yararsız olan binalardan
    tədricən çıxmaqdadır. Onun qaranlıq mənzərəli yerləri bir çox kompyuter oyunu üçün prototip olub.

     
    İntihar Meşəsi, Yaponiya

    Aokigahara - Yaponiyaya  məxsus olan
    Honshu adasında, Fuji dağının ətəyində yerləşən bir meşədir. Həyatı ilə vidalaşmaq istəyənlər üçün dünyanın ən məşhur yeridir. Hər il burada 80 - 100 nəfər intihar edir.

    Meşədə intiharların başlaması təxminən 1950-ci ildən hesablanır. Yarım əsr boyunca Aokigahara meşəsi 500-dən çox bədən və ruhu könüllü şəkildə alıb. Deyilənə görə, intihar dalğası Seyko Macumotonun "Ağaçların qara dənizi" adlı romanından sonra dəb halı alıb. Əsərin 2 personajı əl-ələ verib, bu meşədə özlərini asmağa (intihar etməyə) gedirlər. Meşə o qədər sıx və kölgəlidir ki, hətta günün günorta çağı  orada qaranlıq və qorxulu bir yer tapmaq olar. Aokigahara meşəsində gəzəndə nəinki cəsədlərə, həmçinin skeletlərə və intihar üçün hazırlanmış iplərə də rast gəlmək olur. Və üzərində "Həyat qiymətsiz olan vergidir", "Xahiş edirik bir daha düşünün!", "Ailəniz haqqında fikirləşin"  yazıları olan çoxlu stendlərə də rast gəlmək olur. 1970-ci ildə məsələyə dövlət tərəfindən diqqət yetirilməyə başlandı. Hər il bir qrup meşədən təzə cəsədləri təmizləmək üçün ora yollanır. Təmizlənən sahə 35 kv km-dir.








    Luizianadakı Mancaq batağlığı

    Alternativ adı - "ruhlar batağlığı". 1915-ci ildə burada baş vermiş qasırğa zamanı 3 kənd yerli-dibli itir. Əfsanəyə görə bu kəndin sakinlərini bataqlıq şahzadəsi olan Vudu tərəfindən lənətləmişdir.



    Troicko kəndi

    Bu kənddə Saltıcixa (Darya Saltıkovanın köməkçisi - kəndin sahibəsi) özünün ən çox qətllərini edib. 7 il ərzində 139 insan öldürüb. Öldürülən insanlar isə onun qulluqçuları olub. Öldürmək üçün əsas səbəb isə yerlərin yaxşı silinməməsi, paltarların yaxşı yuyulmaması və başqa məəşət işlərində olan problemlərə görə idi.



    Parisdəki katakombalar

    Dolama tunel və katakomba şəbəksi. Təxminən 187 km-dən  300 km-ə kimi uzanır. Yeraltı şəhərin bəzi yerləri turistlər üçün açılıb. Bu yeraltı şəhər demək olar ki, sümüklərlə dolu qəbirsanlıqdır. Bir çox yerlərində hətta sümükər 2 mərtəbə boyunda uzanır. XVIII əsrdə bütün ölmüş isanları burada basdırırdılar, çünki qəbirsanlıqda artıq yer çatmırdı.


    Mistik Telem abbatlığı

    Bu abbatlıq (Abbatlıq - abbatın idarə etdiyi katolik monastır.) Siciliya adasında yerləşir. Qorxunc daş evdən ibarət olan bu yer, fermer tipində inşa edilib və divarları isə bütpərəstlik freskiləri ilə bəzədilib. Bu tikili nə vaxtsa satanist sektasının orgiyalarının paytaxtı kimi isitfadə edilirdi. Bu ev, dünyanın ən xəbis okkultisti olan Alister Krouliyə məxsus idi. Məhz o Teleb abbatlığının əsasını qoyub. Ad "Qarqantuya"-dan gəlib, hansı ki orda utopiya haqqında yazılıb və onun əsas devizi isə bu idi: "Nə istəyirsənsə onu da et". Bura azad sevginin yeri idi. İndi bu yer yarıdağılmış vəziyyətdədir və hər tərəfi otlar basıb. İcəridə hələdə bəzi fresoklar (divar naxışları) qalamqdadır. Ekzotika və adrenalin həvəskarlarının hələki imkanlarıı var ki, oranı ziyarət etsinlər.



    Çıxmazal küçə Mary King

    Orta əsrdən Edinburq şəhərində qaranlıq keçmişi olan bir neçə küçə gizlənir. Bu yerlər polterqeistlərlə tanınır  XVII əsrdə burada insanları vəbadan ölənləri burda qoyurdular. Bir əsr keçdikdən sonra bu dalanda ev tikdilər. 2003-cü ildən Mary King dalanı ictimaiyyətə açıqdır. Hətta fövqəl-bəşər güclərər inanmayan insanlar bu dar ensiz küçələrdən keçəndə ölümün soyuq nəfəsini, insanı qorxuya salan bədbin, neqativ enerjili divarlarından hiss edirlər. Ekskursiya zamanı yalnız küçələrdən keçəməyə deyil, həmçinin Enninin otaqlarına və orta əsrdə vəbadan ölmüşlərin ekspanatlarna baxa bilərlər.


    Vinçesterlərin evi

    bu ev Kaliforniyanın San-Xose şəhərində yerləşir. Bu möhtəşən kontruksiya özündə çox sirləri gizlədir. Və çox xurfatla bağlayırlar. Tarixdə deyilir ki, Sara Vincester adı ilə bağlı olan silah kompaniyasının miras alır. Falçı ona demişdi ki, sənin bütün ömürün boyu adınla bağlı olan silahla öldürülmüş insanların ruhları izləyəcək. Bu hadisədən qaçmaq üçünsə gərək o Konnektikutadan getməli idi və elə bir yerdə elə ev tikməli idi ki ömürünün sonuna kimi onu tikib bitirə bilməsin. Evin tikintisinə 1884-ci ildə başlandı və Sara ölənə kimi, 38 il davam etdi. Bugün bu evdə 160 otaq görmək olar, həmçinin tavana uzanan, təsəvvür edilməyəcək konustruksiyada olan pilləkənlər, divarların ortasında yerləşən qapılar, dolama kolidorlar və insanın başını döndərəcək digər intryer atributları. Hətta ruhlara inanmayan turistlər belə bu boyda maştabda tikilən evi gördükdə başlarını itrirlər.


     
    free counters
    Alisoy - Find me on Bloggers.com