• Burada Sizin reklamınız ola bilər :)

    Təpə üstü rəsmlər


    Az qala, haradasa Uffington'dakı "Ağ At" qədər məşhur olan bu fiqur da, Dorset əyalətindəki Dorchester şəhərinin şimalında olan Cerne Abbas kəndinin şimal-qərbindəli təpələrin üzərində, 55 metr uzunluğunda çəkilmiş "Cerne Abbas" Nəhəngidir. Fiqur, sağ əlində üzəri yumrularla dolu böyük bir çubuq tutan, penisi və yumurtalıqları diqqətə çarpan şəkildə dik olan yumru başlı çılpaq bir nəhəng formasında çəkilmişdir. Uffingtondakı "Ağ At"da olduğu kimi, bu fiqura da yerdən baxıldığında tam görmək mümkün deyil, ancaq havadan baxıldıqda çox mükəmməl bir formada görə bilərsiniz. Nəhəngin başının üzerində, Dəmir Çağından qalma bir məbəd yeri olduğu ehtimal olunur, bəzi araşdırmaçıların fikirncə "Cerne Abbas Nəhəngi" dairə, ya da qızartma tavası adı verilən ətrafı çevrəli, düzbucaqlı bir yer şəkli ola bilər. Cerne Nəhəngi haqqında ən sıx edilən şərh, bu fiqurun tarix əvvəli dövrlərdəki bir bolluq tanrısını təmsil etdiyini ya da Romalılardan qalma, Herakl nəhəng çubuğunu tutarkən çəkilmiş bir şəkili olduğu da deyilir. 1635-ci ilə qədər bu təpədə bahar mövsümünün bərəkətini vurğulayan mərasimlər keçirilir, bu mərasimlərdə istifadə edilən və insanların ətrafında rəqs etdikləri dirək, həmin Dairə deyilən yerə sancılır.
    Kəndin kilisəsini qeydlərində bəhs edilir ki, Uffington Ağ Atından fərqli olaraq, Cerne Nəhəngi ilk dəfə 1694 cü ildə tapılıb . Bunun ardından 1764-cü ildə fiqur üzərində araşdırma edildi və nəticələr "Gentleman's Maqazin" jurnalının o ilki sayında nəşr olunub. John Hutchins 1774-cü ildə nəşr olunan "Dorset Əyalətinin Tarixi və Antikvarları" adlı kitabında fiqurun 17-ci əsrin ortalarında zarafat məqsədi ilə çəkildiyini yazmışdır, amma oranın yaşlı kəndlilərinin fiqurun "insanlığın qurduğu bütün sivilizasiyalardan köhnə" olduğu iddialarından da danışmışdır. Ancaq bu ana qədərki dəlillər nəhəngin daha yaxın bir zamanda çəkilmiş olduğunu ortaya qoyur. Bəzi mənbələrə görə, nəhəng Heraklın resmi olmasına baxmayaraq əslində, İngilis Heraklı adı ilə xatırlanan Oliver Cromwelli göstərən bir karikaturadır və 1640′larda ərazinin sahibi Denzil Hollesin təlimatları ilə çəkilmişdir. Bu tarixin doğruluğunu dəstəkləyən digər bir faktor da orta əsrlərə aid qaynaqların fiqura heç toxunmamaları və fiqurun olduğu təpədən bu günki adıyla, "Nəhəng Təpəsi" deyil "Dairə Təpəsi" deyə bəhs etmələridir. Bu da nəhəngin ən çox 400 illik olduğunu göstərir. Digər bir təxminə görə, hər hansı bir səbəblə, bəlkə də açıqca cinsiliyi xatırlatdığı üçün yazarların Cerne Nəhəngindən bilərəkdən danışmamalarıdır. Fiqurun ətrafı otlarla ötülüb və zamanla unudulmuş olması da mümkündür.

    Kirəçdaşı üzərində edilmiş bir başqa nəhəng fiqur. Bu fiqur üzərində edilən yeni araşdırma Cerne Abbas Nəhənginin günümüzə daha yaxın bir tarixdən qalmış olduğu tezisini dəstəkləyir. Sussexdə Windover Təpəsində çəkilmiş olan 69 metr uzunluğundakı "Wilmingtonun Uzun Adamı", İngiltərədə  təpənin üzərində olan ən uzun fiqurdur.  Ancaq bölgədə edilən son arxeoloji iş (Uffington Ağ Atını araşdırmada istifadə edilən OSL tarixləmə üsuluyla edilmişdir), köhnə qaydaların səhv olduğunu, fiqurun MS (Miladdan Sonra)  1545 -ci il ərəfəsində çəkilmiş olduğunu ortaya qoydu. Wilmington Nəhənginin orta əsrlərdən qalma olduğunu göstərən bu yeni iş Cerne Abbas Nəhənginin tarixin əvvəlindən qaldığına dair dəlillər üzərində böyük şübhə yaratmışdır. Bu fiqur üzərində OSL tarixləmə araşdırma üsulu istifadə edilənə qədər İngilis Heraklı bir sirr olaraq qalacaq.

    Fiqurların nəyi təmsil etdiyi, niyə çəkilmiş olduqları mövzusunda müxtəlif yorumlar vardır. Arxeoloji və geoloji araşdırmalardan əldə edilən dəlillər sübut edər ki, bu çılpaq nəhəng fiqurların orta əsrlərdə çəkilib. Bəzi tarixçilər bu şəkillərin, İngiltərədə vətəndaş müharibələri və şiddətli siyasi qarışıqlıqların yaşandığı və tənqidin bəzən tək silah olduğu dövrlərdə edilmiş olduğunu irəli sürürlər. Avebury Abidələri və Stonehenge kimi dayanıqlı daşlar əsərlərlə müqayisə edildiyində, təpələrin üzərinə çəkilmiş bu fiqurların ömürü çox daha qısadır. 10-20 il bunalara diqqət etməsən yox ola bilərlər. Fiqurların tez silinə biləcək xüsusiyyətdə olmaları, amma yerli insanların ayinlərə marağının olması bu fiqurların günümüzə kimi qorunub saxlanmasına səbəb olub. Ancaq bu vəziyyət, fiqurların önemini azaltmamaqdadır. Bu nəhəng şəkillər, onları düzəldənlərin həyatlarını, fikirlərini və içində yaşadıqları bölgəninin adətləri haqqında  araşdırma aparmaq üçün bənzərsiz şəkildə ipucları verir.


     
    free counters
    Alisoy - Find me on Bloggers.com