• Burada Sizin reklamınız ola bilər :)

    Tanrının hissəsi tapıldı - Bozon Hiqqs


    Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) alimləri yüksək ehtimalla Hiqqs bozonu olduğu güman edilən elementar hissəciyi aşkar ediblər.
    CERN-dəki Böyük Adron Kollayderdə (LHC) çalışan alimlər Hiqqs bozon əlamətlərinə malik olan elementar hissəciyin aşkar edilməsini elan ediblər.
    Hiqqs bozonunun axtarış tarixçəsi artıq 45 ildir ki davam edir və bu hissəcik maddədə kütlənin nə yolla əmələ gəlməsini izah etməyə kömək ola bilər.

    Alimlər aşkar edilmiş hissəciyin məhz Hiqqs bozonu olduğunu tamamilə sübut etmək üçün əlavə təcrübələrin keçirilməsinə ehtiyacın olduğunu deyirlər.
    LHC kollayderi yerləşən CERN-də sözü gedən nəticənin elan edilməsi sürəkli alqışlarla qarşılandı.
    Təcrübəni aparmış elmi qrupun məlumatına əsasən aşkar edilmiş hissəciyin kütləsi 125.3 Gev təşkil edir ki, bu da proton kütləsindən 133 dəfə böyük bir miqdardır.
    Alimlərə görə, təcrübənin nəticələrinin Hiqqs bozonunun aşkar olunmasına dəlalət etməməsi ehtimalı təxminən 2 milyonda birə bərabədir.
    Təcrübəni aparan qrupun sözçüsü Professor Joe Incandela deyib ki, nəticələr ilk xarakter daşısa da, əslində, təxmini kütləsi 125 GeV-ə bərabər olan hissəciyin aşkar edilməsi danılmaz bir faktdir.
    "Bu tarixi bir andır ", alimlər bildirir.
    Reallıq budur kı Kainatda maddənin yalnız 4%-i üzdədir, görünəndir. Kainat kütləsinin qalan 96%-i gözə görünməz "qaranlıq maddə", "qaranlıq enerji" formasındadır.
    Hiqqs bozonu Kainatın görünməyən maddəsinin 96%-in aşkar edilməsi üçün açar rolunu oynaya bilər.
    " Biz Kainat maddəsinin toxumasını hiss etmək həddinə qədər gəlib çıxmışıq. Hazırda biz elmin ön cəbhəsindəyik. Ya biz mövcud nəzəriyyənin sonuncu fəslini yoxlayıb təsdiqləyəcəyik, yaxudda ola bilsin ki qarşımızda bizi yeni, gözlənilməz kəşflər gözləyir", professor Incandela deyib.

     
    free counters
    Alisoy - Find me on Bloggers.com