• Burada Sizin reklamınız ola bilər :)

    Bozon Higgs nədir?


    Bozon Hiqqs deyəndə qulağa qəribə gəlir. Bozon nədir, hiqqs kimidir? Tanrının hissəsidə nə deməkdir? Əgər Sizdə "Lənət gəlsin bu fizika, uşaqlığımdan heç sevmirəm bu fizikanı" deyənlərdənsinizsə onda Sizin üçün rahat yoldan bu bozon hiqqsi izah edim getsin.


     
    1. Hiqqs bozonu nədir?
    Kainatın başlanğıcı kimi qəbul edilən Böyük Partlayışdan sonra saniyənin milyonda biri qədər əvvəl ilk hissəciklər ətrafa saçıldı. Bu hissəciklər saf enerji idi, kütlələri yox idi. 1964-cü ildə onlara kütlə qazandıran mexanizmin Hiqqs bozonu olduğu iddiası ortaya atıldı. Son günlər yayımlanan açıqlama ilə bu 48 illik nəzəriyyə təcrübi olaraq sübut olundu.

    2. Hiqqs hissəciyə kütləni necə qazandırır?
    Hiqqs bozoununun digər adı da “Hiqqs sahəsi”dir. Hiqqs mexanizmi adlandırılan hadisə bu sahədə reallaşır. Hissəcik bu sahədən keçərkən, sahə ilə əlaqəyə girir, sahə həmin an yox olur və hissəcik kütlə qazanır. Bu kütlə sayəsində də atomlar əmələ gəlir və nəhəyatdə biz yaranırıq.

    3. Hiqqsin əhəmiyyəti nədir?
    Hissəciklərə kütlə qazandırmasından başqa, Hiqqsin ən böyük əhəmiyyəti ilk atomların yaranmasını açıqlayan mövcud nəzriyyələrdən ən keçərlisi olan Standart Modelin onurğa sütununu təşkil etməsidir. Bunu nəhəng və bilmədiyimiz qədər hissələrdən ibarət olan “puzzle” oyunu kimi düşünün. “Puzzle”-ın bütün hissələrini bir yerə toplasaq da, sonda hansı şəkillə qarşılaşacağımızı bilmirik. Baxın, məhz bu “Puzzle”-da riyaziyyatın zəruri saydığı üçün olmalı olan, amma son açıqlamaya qədər mövcudluğu sübut edilməmiş əsas hissələrdən biri idi Hiqqs.




    4. Hiqqs olmasa, nə olardı?
    Kainatın ilkin dövrlərində “super simmetriya”nın mövcud olduğu fərz edilir. Bu simmetriya hansısa üsulla və Hiqqs-in iştirakı ilə pozuldu və buna görə də biz indi varıq. Hiqqs bozonu olmasa idi, bizim kainatdakı mövcudluğumuzu açıqlayacaq, hissəcciklərin niyə və necə kütlə sahibi olduğuna hər kəsi inandırıb, bunu sübut edə biləcək yeni bir nəzəriyyəyə ehtiyacımız olacaqdı.

    5. Hiqqsi necə gördülər?
    Görmədilər, çünki Hiqqs görünməzdir. Hiqqs bir hissəciklə əlaqəyə girdiyi anda yox olur. CERN-dəki elm adamları onu ancaq yox olandan sonra meydana gələn təsirlərə görə təyin edə bilirlər.

    6. Hiqqsin varlığına 100% əminik?
    Xeyr. Dəqiq ədədi desək, hazırda Hiqqsin varlığından 99,9999426697% əminik. Gələcəkdə CERN-dəki Böyük Hadron Kollayderindən veriləcək əlavə məlumatlarla bu rəqəm bir az da artırıla bilər, amma heç vaxt 100 olmayacaq.

    7. Niyə 100% əmin ola bilmirik?
    Bunun səbəbi klassik fizikada deyil, kvant fizikasındadır. Kvant mexanikasının məşhur qeyri-müəyyənlik qaydasına  görə, atomdan kiçik hissəciklərin vəziyyətini və sürətini eyni anda bilə bilmərik. Bunu bilmədiyimizə görə ehtimal nəzəriyyəsindən və riyazi yollardan istifadə edərək, çox qevvətli ehtimallar irəli sürürük. Məsələn, 99,9999426697% əmin olmaq o deməkdir ki, CERN-dəki təcrübə 3 milyon dəfə təkrarlansa, bu təkrarlarda yalnız 1 dəfə Hiqqsə bənzəyən bir şey təsadüfən meydana çıxa bilər. Əgər bir şey hər 100 dəfədə 99,9999426697 dəfə meydana çıxırsa, bu, Hiqqsdir.

    8. Hiqqsin tapılmasının bizə xeyri nədir?
    Bunu hələ bilə bilmərik. Bu son açıqlama elm və insanlığın təbiəti anlama istiqamətində çox önəmli mərhələdir. Adətən belə mühüm elmi kəşflər birbaşa olmasa da, dolayı yolla texnologiyaya və beləliklə də insanlığın rifahına xidmət edirlər. Lazer texnologiyası kvant fizikasının nəticələrindən biridir. Amma bu texnologiya bizə əvvəlcə musiqi CD və DVD-lərini verdi, ardınca da nəhəng informasiya saxlayan diskləri. Yəni Hiqqsin hansı texnologiyanı yaradacağını, ümumiyyətlə yaradıb-yaratmayacağını indidən bilə bilmərik.

    9. Niyə ona “Tanrının hissəciyi” deyilir?
    Eslində bu ad bir zarafatdır. Standart Modeli xalq dilində izah etmək istəyən bir kitabda hissəciyə adını verən Piter Hiqqsin (Peter Higgs) “Bu Allahın bəlası hissəcik də tapılmadı ki?!” deyə bir cümləsi var. O cümlə tədricən formasını dəyişib “Tanrının hissəciyi” şəklinə düşdü. İnsanlar arasında, xüsusən də qəzetlərdə və televiziyalarda istifadə edilərək, yayıldı.



    10.  Hissəciyin Tanrı ilə bir əlaqəsi var mı?
    Xeyr, elm buna baxmır. Elmin axtardığı cavab Tanrının varlığı və ya yoxluğu deyil, ilk atomun necə meydana gəldiyi, kainatın necə meydana gəldiyi və s.-dir. Hələ də inanclı bir adam “Siz atomun necə yarandığını araşdırırsınız, amma Böyük Partlayışı Tanrı törədib” deyə bilər.


    11. Bəs doğrudan da Böyük Partlayış necə olub?
    Bunu bilmirik. Hətta Böyük Partlayış zamanı mövcud olan fizika qanunlarını da bilmirik. Əlbəttə, onu bilirik ki, bizim indi bildiyimiz fizika qanunları o vaxt keçərli deyildi. Fizikada buna “vahidlik” deyilir. Oxşar “vahidliy”i qara dəliklərin içində də görürük. Qara dəlik hətta işığın da bayıra sızmasına imkan verməyəcək qədər güclü bir cazibə qüvvəsi deməkdir. Bayıra işıq çıxa bilmədiyi üçün içəridə olanlar barədə yalnız fərziyyələr irəli sürə bilərik.
     Məlumat http://www.nidavh.org/2012/07/11/11-sualda-hiqqs-bozonu.html bu saytdan götürülmüşdür.

     
    free counters
    Alisoy - Find me on Bloggers.com