• Burada Sizin reklamınız ola bilər :)

    Məhəbbət üç il yaşayır | Frederik Beqbeder


    Məhəbbət üç il yaşayır, fransızca "L'amour dure trois ans". Bu təbiətin qanunudur. Mark Marronye belə düşünür. Arvadı ilə boşanmasının bu təbiət qanuna heç bir aidiyyatı yoxdur. Sadəcə yeni məhəbbət başqa heç nəyə yer saxlamadan onu bütünlüklə əsir edir. Ancaq Mark öz nəzəriyyəsinə inanır və qorxu içində həmin tarixi günün gəlməsini gözləyir.


    Əsərdən seçilmiş hissələr

    «…Sağa-sola qadınlarla yatanda onlar bir şeydə cəmlənirlər. Və o, sadəcə adını, dərisini, simasını, boyunu və səsini dəyişir. Saçın uzunluğu, sinənin ölçüsü, həcmi, alt paltarının rəngi hadisədən hadisəyə dəyişir. Amma sən öncədən öyrəndiyin frazaları deməyə davam edirsən, eyni şeyləri edirsən, eyni hərəkətləri quraşdırılmış ardıcıllıqla təkrarlayırsan: “Səndən gözəl ətir qoxusu gəlir… biraz yaxına gəl, biraz da… mən səndən qorxuram… mən sənin dodaqlarının elə istəyirəm ki… tez ol, mən artıq bacarmıram…o, təşəkkür edirəm… necə də xoşbəxtəm… sən dəhşətli dərəcədə mənim xoşuma gəlirsən… mənə elə gəlir ki, bu yuxudur… biz bununla bütün gecə, bütün həyat boyunca məşğul olacağıq…” Eyni şeyi hər gecə hədiyyəni açan uşağın baxışlarıyla fərqli qızlara deyirsən. Dəyişikliklər təkrarçılığa gətirir.

    Nə qədər də parodoksal olsa, yenilik bir qadına sadiq qalanda ortaya çıxır. Don Juanlar təsəvvürdən məhrumdurlar. Kazanovanı hərtərəfli hesab etmək qəbul olunub, amm o sadəcə tənbəl idi. Çünki qadınları nə qədər dəyişsən də, sən ən az müqavimətli yolları seçən həmin eyni kişi olaraq qalırsan.
    Sadiq olmaq istedad tələb edir.»

    Məhəbbət əvvəlcədən məğlub olduğun döyüşdür.

    Üçüncü ilə iki xəbəriniz var - yaxşı və pis. Yaxşı xəbər: arvadınızı hər şey boğaza yığıb və o sizi tərk edir. Pis xəbər: siz yeni kitaba başlayırsınız.

    Anna ilə ona görə evləndim ki, o mələk idi. Məhz o səbəbə görə də boşandıq. Düşünürdüm ki, məhəbbət axtarıram. Gözəl günlərin birində başa düşdüm ki, bunun tam əksini - ondan uzaq durmağı istəyirəm.

    Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan.

    Tez-tez aşağıdakı üç cümləni təkrar edin:

    1. XOŞBƏXTLİK YOXDUR.

    2. MƏHƏBBƏT NAĞILDIR.

    3. HEÇ NƏ OLMAZ.

    Evləndiyimiz kimi də boşandıq: səbəbini bilmədən.

    Həqiqət ondadır ki, məhəbbət qızılgüllə başlayıb, tikanla qurtarır.

    Dolçe Vita? Nə olan şeydir Dolçe Vita? Hardadır o? Saysız-hesabsız xatirələr...çox şeyi unutmaq lazımdır. Cəhənnəm işi olacaq - hər şeyi yaddaşından silmək, əvvəlkilərin yerinə nə qədər gözəl anlar yaşamalı olacaqsan.

    Tez-tez deyirlər ki, simanızı xilas etməlisiniz. Mən isə deyirəm ki, simanızı öldürməlisiniz. Yalnız bu yolla özünüz xilas olacaqsınız.

    Uzunboy əsmər biri olub, ağlamaq da olar. Bunun üçün məhəbbətin üç il yaşadığını kəşf etmək kifayətdir.

    Cazibəm də bundadır: əmin deyiləm ki, o məndə var.

    Sevdiyim insanla evlənəndə bioqrafiyamla maraqlanan insanları təəccübləndirdim.

    Xoşbəxtlik bədbəxtliyin susmasıdır.

    Davamı burda >>> Məhəbbət üç il yaşayır | Frederik Beqbeder

    QEYD: Əgər kitab xoşunuza gəldisə, kitabı "Ali & Nino" kitab dükanları şəbəkəsindən əldə edə bilərsiniz.

     
    free counters
    Alisoy - Find me on Bloggers.com