• Burada Sizin reklamınız ola bilər :)

    Atlantida haqqında yeni tapıntılar



    Yaponiyada, Yonaguni''de dənizin dərinliklərində olan və "insan tikilisi" olduğu təəssüratı verən müqqədəs yerə bənzəyən binalar kəşf olunub Bu Prof. Hernandezin izahına görə qitələrdən ayrılması və hərəkəti ilə Atlantidanın bu günki nöqtəsindən uzaklaşmiş və yeni Atlantidalılara aid bir başqa nəhəng piramida ola bilər?! Bəlkə də piramidaları inşa edənlər Atlantidalılar olub, kim bilir.


    1985 ilində Yaponiyanın Okinawa Adası yaxınlarında Yonaguninin ətrafında derinə enən bir vodalaz, gözlənilmədən qarşısına çıxan, dərinlərə doğru gedən pilləli qəribə bir tikinti görür. İlk olaraq göz yanılması sanır və pillələrə yaxınlaşmağa başlayır. Pillələri  araşdırır, tikilinin ətrafını üzdükçə təəcübü daha da artırdı.  Naməlum bir zamandan bəri suyun altında olduğu müəyyən olunann bu pilləli tikili, nizamlı düzülüşə, son dərəcə həssas açılara sahib idi. Adam, sudan çıxıb bildiyi hər yerə bu tapdığını xəbər verdi. Yonaguni sularının dibindəki bu əsrarəngiz yerin sirri hələ tam olaraq aydınlanmış deyil. Amma səksənlərdən bu yana adi insanların (vodalazların) olduğu qədər, geoloqların və arxeoloqların da maraq dairəsindədir.

    Yaponiya da, Okinawa və ətraflarında, zaman-zaman 3000 illik strukturlara rast gəlinir. Amma suyun altında olan və görünüşü etibarıyla bir "pilləli piramida" təəssüratı verən bu tikililərin, nə vaxt kimlər tərəfindən inşa edilmiş ola biləcəyi barədə kimsənin fikri yoxdur. Əslinə baxsaq, bu əsərin "insan əsəri" olduğu da indiyə qədər rəsmi olaraq qəbul edilmiş deyil. İşin içindən çıxa bilməyən arxeoloqlar və ortodoks geoloqlar, bu dümdüz pillələrin təbii təsirlərlə uğramış ola bilcəyini ifadə edirlər, amma bu mülahizə heç də inandırıcı deyil.

    Yonaguni'dəki kimi düz, təəccüblü dərəcədə simmetrik və insan əsəri təəssüratı verən bir tapıntıya Bimini istisna olmaqla heç bir yerdə rast gəlinmədi. Sfinks üzərində çalışmalar edən Boston Universitetindən Dr Robert Schoch ilə John Anthony West də bu çalışmalara qatıldı. Dr Schoch, ilk dəfə uzun-uzun Yonaguni qalıqlarını araşdırdı və fikirini dəqiq bir şəkildə açıqladı: "Bu qayalıqlar qətiliklə insan əsəridi və təxmin edə biləcəyimizdən çox-çox daha köhnədir. Aşağı-yuxarı, 10000 illik tarixi var!" . Biminidəki qalıqların da ən az 10000 illik olduğu düşünülür.  Sizcə bu təsadüfdür?

    Eyni şərhi, John Anthony West və Yapon mütəxəssis geoloqlar da verdilər. Dümdüz, doxsan dərəcəlik bucaqlarla enən pillələrin eyni sıra və künclərdə oyulmuş düz və nisbətli xəndəklər, dörd ayrı yerdəki sütun yerləşdirmə yuvaları, bu əsərin qətiliklə bir antik qalıq, bilinməyən bir dövrdən qalma "pilləli piramida" olduğunu göstərirdi.

    Schoch'un düsüncəsiylə, Yapon sularının dibində yatan bu çox köhnə və naməlum memarların əsəri, E.Ə 11000 illərə yaxın, buzların əriməsi nəticəsində dənizlərin yüksəlməsiylə batmış "sivilizasiya qalığı" təəssüratı verir.

    Yonagonidəki araşdırmalar günü gündən artır. Əgər ətrafda insana aid bir mədəniyyət izi (yazı və s ..) tapıla bilsə həqiqətən çox əhəmiyyətli bir tapıntı gerçəkləşmiş olacaq. Bəlkə də tapılacaq şeylər Bimini'dəki qalıqlarla əlaqələndiriləcək, Atlantidanın nəhəng piramidalarından biri ola biləcəyi ortaya çıxacaq və ya bəlkə də itkin qitələr olan əfsanəvi Mu və Lemurya mədəniyyətləri olacaq.

    Nəticədə dünya tarixi yenidən yazılmaq vəziyyətində qalacaq, "yazını ilk istifadə edən mədəniyyət Şümerlərdi" cümləsini tarix kitablarımızdan çıxarmaq məcburiyyətində qala bilərik.












     
    free counters
    Alisoy - Find me on Bloggers.com