• Burada Sizin reklamınız ola bilər :)

    Dropa diskləri


    1938-ci ildə Tibet və Çini ayıran Bayan-Qara-Ula dağında, Ci Pu Tey'in rəhbərliyi ilə keçirilən arxeoloji ekspedisiya zamanı dağda bir neçə mağaraya rast gəlinir. Mağaranı araşdıran zaman burada qədim dövr insanlarının yaşadığı açıq-aşkar hiss olunurdu. Divarlarda çızılmış piktoqrammalı göy cismləri: günəş, ay, ulduzlar və Yeri birləşdirən nöqtəli xətlər. Və ekspedisiya iştirakçıları böyük tapıntı etdiklərinin fərqinə vardılar. Mağaradan diskə bənzər daş tapıldı. Hiss olunurdu ki, bu dərrakəli insanın əl işidir. Disk 9 - 10 sm diametrli və 3/4 qalınlığında.
    Diskin mərkəzində ideal şəkildə, dairəvi, 3/4 dərinlikdə və və mərkəzindən yanlara doğru qabarmış şəkildə dəlik vardı, sanki ordan bütün dünyanı çəkən fotoaparat obyektivinə bənzəyirdi. Bu disklərin təxminən 10.ooo dən 12.ooo-ə kimi yaşı olduğu qeyd olunub. Amma maraqlısı burdadır ki, o disklərdən çox idi. Düz 716 ədəd və hər biri ayrı-ayrılıqda bir sirri özündə gizlədirdi. Bəzilərində dərin dəlik olmasada hər birinin üzərində heroqriflər vardır! Ci Pu Tey diskləri yığaraq Pekin Universitetinə gətirir. Amma şərqli elm adamımızın fikirlərini ciddiyə alan olmur. 1962-ci ildə isə bu daşların taleyi dəyişir. Tarix Akademiyasının professoru DR. Tsum Um Nui disklərin üzərindəki yazıları açmağı bacarır. Yazılar beyin qarışdırıçı idi. Professorun araşdırmasının çap edilməsi qadağan edildi. Amma 1964-cü ildə DR. Tsum araşdırmalarını ölkədən çıxartmağı bacarır.
    1964-cü ildə çap edilən araşdırmalar heç kim tərəfindən, hətta heç bir elm adamı tərəfindən ciddiyə alınmadı. Araşdırmalar bildiklərimizdən çox fərqli idi. Əgər bu hekayə doğrudursa bütün insanlıq tarixi başdan yazılmalıdır.
    Dropa daşlarının üzərində yazılanlara görə uzaq planetdən gələn yad planetli qəbilə, muhəriklərinin pozulması nəticəsində günümüzdən 12 min il (12.000) bundan qabaq Himalaya enmək məcburiyyətində qalıb. Dropa qəbiləsindən gələn yad planetlilər məcburən dağların içində olan mağaralara sığınıblar. Sülhsevər olmalarına baxmayaraq qonşu mağaralarda yaşayan primat insan qəbiləsi olan Hamlar tərəfindən düşmən hesab ediliblər. Ham qəbiləsi Dropalıları əsir alıb, bəzilərinidə öldürüblər.
    Prof. DR. Tsum Nui-nin tərcüməsndən bir pasaj belədir: "Dropalılar buludalrın arasından enən işıqlı bir kürə içində yerə endilər. Və hər kəs ərtafdakı mağaralara sığındı. İnsanlar ən sonda Dropalıların işarət dilini başa düşünçə, niyyətlərinin müharibə olmadığını anladılar."

     
    free counters
    Alisoy - Find me on Bloggers.com