• Burada Sizin reklamınız ola bilər :)

    Elmin açıqlaya bilmədiyi kəşflər


     İnsanın aydınlanmasında modern elmin rolu çox böyükdür. Hətta elmə ibadət edənlərdə var. Bəzən isə bir çox elm adamının o qədərdə geniş fikirli olduğunu deyə bilmərik. Çünki onların bir çoxu mövcud olan bir şeyin ətrafında işlər aparır, dar və kasad teorilərlə elmi nəticlərə gəlirlər. Klassik tarixə və elmin çəkdiyi çərçivədən kənara çıxan bir şeylə rastlandıqda "yəqin bir məntiqli açıqlaması var" deyib keçirlər və hətta bəzi anlarda onu izləməkdən boyun qaçırdırlar. Çünki əldə olunacaq nəticələr klassik tarixin sıralamasına uyğun gəlməyəcək.
    (Bu həm elmi tərərfədən, həm də dini tərəfədən belə qarşılanır.) Klassik tarix yolunu dəyişmək istəmədiklərindən belə hadisələrə görməzlikdən gəlirlər və bu mövzuda heç bir dialoqa girmirlər. Həm elmin tarixi, həm də dinin tarixi bəlli bir tarixi ardıçıllıqla yazılıb. Yeniliklər isə bu tarixi sütunlara ziyan vura bilər, hətta dağıda bilər. "Discovery Chanale" maya tayfaları haqqında araşdırma apardı və mayalıların təqviminə görə 2012-ci ildə dünyanın sonu gələcəyini bildirdi. Və 2010 - cu ildə Holluvudun çəkdiyi "2012" dünyanın sonu filmi hər yerdə neçə bir ajertaja səbəb  olduğunun hamımız şahidi olduq.

    Yazımda elm adamlarını pisləmək fikirim yoxdu. Elmə qarşı çıxmaq da fikirində deyiləm. Bunun özü böyük axmaqlıq olardı. Ancaq mən düşünürəm ki, alimlər, elm adamları və o kateqoriyadan olan hər bir kəs klassik tarixin çərçivələrindən kənara çıxmalı, bir az geniş düşünməli, yeni araşdırmalar aparmalı və insalığı dahada aydınlatmalıdır. Təkamül nəzəriyyəsini olduğu kimi dəfələrlə təkrarlamaqdansa, yeni-yeni səhifələr açmalı və insanlığa, bəşər tarixinə yeni töhvələr vərməlidirlər. İndisə əziz oxucum Səni bu dünyada tapılan və elmin görməzlikdən gəlindiyi, tarixmizin qaranlıqlarından tapılanlarala tanış etmək istəyirəm. Bu tapıntılar hansısa elm adamları və ya alimlər tərəfindən kəşf olunub. Amma tapıntılar haqqında cəmiyyətə heç bir geniş məlumat verilməyib. Və ortaya sual çıxır ki, bunun səbəbi nədir?

    Qeyd: Aşağıda görəcəyiniz şəkillər sadecə tapdığımın bir qismidir. Və onlar haqqında çox araşdırma apardım. Tapdığım çox az məlumatlar oldu. Onlarıda Sizinlə bölüşəcəm. Əgər Siz gördükləriniz haqqda daha çox məlumatlısınızsa bu haqda mənə deyin. Materiallarınızı mənimlədə bölüşün.




    Misir, Denderadakı Hathor məbədində gözə dəyən lampalar. Bu lampalar qıvrım kabellərlə bir generatora və ya yanıb - söndürmə düyməsinə bağlıdırlar. Lampa şəkilindəki cismin içində ilan təsiviri verilmiş. Bu da lampanin içindəki tel ola bilər.

       

    Rudolf Gantenbrink tərəfindən Böyük Piramidada kəşf edilən mis tutacaqlı qapılar. Şəkil UPUAUTU 2 adlı araşdırma robotu tərəfindən çəkilib. Hansı məqsədə xidmət edildiyi bilinməyən gizli qapı. Fironun otağından başlayan cənub kanallarında yer alır. Bu qapının arxasında daha bir qapı var. Edilən bəzi araşdırmalar nəticəsində məlum olub ki, ikinci qapının arxasında, içində nə olduğu bilinməyən bir vəy bir neçə otaq var. Eyni qapıdan firon otağının şimal kanallarında da tapılıb. Burda verilən ən vacib sual budur: görünüşcə heç bir məqsədə xidmət etməyən bu qapılar bura niyə qoyulub?
    Piramidadakı bu araştırma haqqında daha çox bilginu bu saytdan eldə edə bilərsiniz: www.cheops.org


       

    Yuxarıda gördüyünüz şəkildə çəkic daşlaşmış qumun içində tapılmışdır. Yəni bu qum daşı yaranarkən çəkiç ordaydı. Bu kəşf 1844 - cü ildə fizik David Brewster tərəfindən edilib. (Kingoodie , Myinfield - İngiltərə) İngiltərə geoloji araşdırmalar mərkəzidə DR. A. W. Med tərəfindən edilən analizlərdə bu daşlaşmış qumun 3.6 - 4.6 milyon il olduğunu bildirmişdi. Yəni çəkiçin o qədər qedim olması lazımdır. Amma klassik tarixə bir balaca ekuskursiya etsək görərik ki:
    Dünyada ilk insanlar 2,5-3 milyon il bundan əvvəl yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya və Tanzaniyada təsadüf olunmuşdur. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür:
    1. Daş dövrü. 2. Tunc dövrü. 3. Dəmir dövrü.
    Daş dövrünün özü 3 mərhələyə ayrılır.
    1. Qədim daş dövrü (Paleolit)-b.e.ə. 1,5 milyon il -12-ci minillik.
    2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12 -8-ci minilliklər.
    3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7 -6-cı minilliklər.
    Paleolit də öz növbəsində 3 mərhələyə bölünür:
    1. Alt paleolit – b.e.ə. 1,5 mln. il –b.e.ə. 100-cü minilliyədək. Azərbaycanda alt paleolit dövrünə Azıx mağarası (350-400 min il bundan qabaq) təsadüf edir.
    2. Orta paleolit – b.e.ə. 100 min il bundan əvvəl-b.e.ə. 40-cı minilliyədək.
    3. Üst paleolit – 40 min il bundan əvvəl -b.e.ə. 12 minilliyədək.
    Daş dövrünün sonu-metal əsrinin başlanğıcı Eneolit (Mis-daş dövrü) dövrü adlanır, b.e.ə. VI-IV minillikləri əhatə edir.
    Eneolitin sonu Tunc dövrünə keçid dövrüdür. Tunc dövrü özü 3 mərhələyə bölünür:
    1. Erkən Tunc dövrü – b.e.ə. 4-cü minillik -b.e.ə.3-cü minilliyin sonu.
    2. Orta Tunc dövrü – b.e.ə. 3 minilliyin axırı –b.e.ə. 2-ci minilliyin ortaları.
    3. Tunc dövrünün sonu – b.e.ə. XIV-XII əsrlər.
    Dəmir dövrü isə — b.e.ə. 9-8-ci əsrləri əhatə etmişdir.
    Belə nəticəyə gəlmək olar ki, çəkiç 3.6 - 4.6 milyon il bundan öcnə olubsa, demək ki, tarixinin bildirdiyin ilk insanın yaranması 2.5 - 3 deyil. Və ən əsası isə tunc dövrünə kimi artıq çəkiç var idi və insan əmək qabiliyyətinə malik idi.


    Daha Ətraflı >>>


     
    free counters
    Alisoy - Find me on Bloggers.com